Fransa prezidenti Emmanuel Makronun səfərindən öncə dövlət radiosuna danışan Əlcəzair Mücahidlər naziri ət-Təyyib Zeytuni “ölkəsindəki müstəmləkə cinayətləri səbəbilə Fransanın üzr istəməsi məsələsində israrlı olduğunu” vurğulayıb. Bəyanatlardan bezdiklərini, bunun əvəzinə konkret addımlar gözlədiklərini bildirən Zeytuni, “Fransanın 132 il ərzində Əlcəzairdə törətdiyi müstəmləkə cinayətləri var. Fransanın bu cinayətləri etiraf edərək, üzr istəməsi və təzminat ödəməsi lazımdır. Bunlar qanuni tələblərdir”, – deyib. Nazir Zeytuni sözlərinə belə davam edib: “Keçmiş prezident Huari Bumedyenin də dediyi kimi Əlcəzair ilə Fransa arasında qan dərələrindən və kəllə sümüklərindən bir dağ var. Heç bir əlcəzairli nəsil bu səhifəni bağlaya bilməz. Bağlanması ancaq güclü bir zəmində və zərərçəkənlərin haqqı veriləndə olar”. Zeytuni Əlcəzair-Fransa münasibətlərində əskik olan şeyin “etibar” olduğuna və onun əsaslarının ancaq ortaq keçmişi öyrənməklə atıla biləcəyinə diqqəti çəkib. Ölkəsi ilə Fransa arasındakı problemlərə toxunan Zeytuni, “Fransanın əlində tutduğu Əlcəzair işğal dövrünə aid arxivlərin geri alınması, işğal dövründəki itkilər dosyesi, Əlcəzairin cənubundakı nüvə partlayışları və bunlara görə təzminat və Parisdə saxlanılan Əlcəzair partizanlarına məxsus kəllə sümüklərinin qaytarılması olmaqla, iki ölkə arasında hələ həll edilməmiş 4 məsələ var. Bunların heç birində bazarlıq qəbul etməyəcəyik”, – sözlərini dilə gətirib. Mənbə: http://eastnews.org/news/19026

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin