Türkiyədə daha bir azyaşlı təcavüzə uğrayıb.
Diyarbakırın Kayapınar mahalındakı məktəbdəki yoxlama zamanı 12 yaşlı qızın zorlandığı məlum olub.
Məktəbə gələn yoxlama uşaqlardan indiyə kimi başlarına gələnlərdən ibarət inşa yazmalarını istəyib.
Müəllimləri F.B adlı şagirdlərinin inşasını oxuyanda dəhşətə gəliblər. Belə ki, o, inşada 8 yaşından bəri təcavüzə uğradığını qeyd edib. Obildirib ki, məhəllələrindəki yaşlı mebel ustasının təcavüzünə məruz qalıb.
Məsələ ilə bağlı qızın ailəsinə və polisə məlumat verilib. Həmin mebel ustası saxlanılıb. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Polis araşdırmalara davam edir:
///Milli.Az

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin