Avropa Liqasının “Lion”la vacib matçına hazırlaşan “Beşiktaş” azarkeşləri qara xəbər alıb. İstanbul klubunun iki aparacı futbolçusu zədəlinib.

Belə ki, Adriano və Rhodolfo komandanın axşam məşqini tərk edib. Buna səbəb onların ağrılar hiss etməsi olub. Onların “Lion”a qarşı oynayıb-oynamayacağı bilinmir.

Bundan başqa Rikardo Kuareşmanın da zədəsi var. Portuqaliyalı ulduz bu gün də komandanın məşqinə çıxmayıb. Onun “Lion” matçında meydana çıxması sual altındadı.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin