Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə Azərbaycanda orta ömür müddəti 74 ilə bərabərdir. Hər bir insanın gün ərzində təxminən 8 saat yatdığını nəzərə alsaq, deməli ömrümüzün 1/3-ni – 24 il 6 ayını yuxuda keçiririk. Təhsil aldığımız illərdə istirahət və bazar günləri istisna olmaqla hər gün ən azı 6 saat sinif otaqlarında oluruq. Belə olan halda oyaq olduğumuz illərin ən azı 22 min 500 saatını, yəni 2 il 6 ayını sinif otaqlarında keçiririk. Bunun 16 min 500 saatı 11 il təhsil aldığımız orta məktəbin, 6 min saatı isə 4 il təhsil aldığımız universitetin payına düşür. Hər gün əl-üzümüzü yumağa, dişlərimizi fırçalamağa və yuyunmağa 20 dəqiq vaxt ayırsaq, deməli ömrümüzün 9 min saatını və ya 1 ilini bu işlərə sərf edirik. Bundan başqa günümüzün ən azı 1 saatını səhər, günorta və axşam yeməyinə ayırırıq. Bu da ömrümüzün 3 ili deməkdir. Həftədə 3 saatımızı alış-verişə sərf etsək, bu da ömrümüzün 1 il 3 ayını əlimizdən alır.

Digər ev işləri – paltar yumaq və ütüləmək, yemək hazırlamaq, zibil atmaq, ev təmir etmək kimi işlərə də orta hesabla gündə 1 saatdan az vaxt sərf etmirik. Təbii ki, bu işləri də 20 yaşından sonra etməyə başlayırıq. Deməli ömrümüzün 54 ilinin 2 il 4 ayını da ev işlərinə ayırırıq. Həftənin ən azı 5 gününü evdən çıxıb harasa gedirik və tıxacları da nəzərə alsaq bu zaman gününün ən azı 1 saatını şəxsi və ictimai nəqliyyatda keçiririk. Nəticədə ömrümüzün 2 il 2 ayını yollarda keçiririk. Bundan başqa televizora baxmaq, kitab və qəzet oxumaq, telefonla danışmaq, internet və sosial şəbəkələr günümüzün ən azı 3 saatını əlimizdən alır. Bu da 9 ilə bərabərdir. Əgər iş həyatına 24 yaşından başlasaq və həftənin 5 günü ən azı 8 saat işləsək, deməli ömrümüzün 11 il 8 ayını da işdə keçiririk.

Bütün bu illəri üst-üstə gəldiyimiz zaman 57 il 10 ay edir. Yerdə qalan 16 ay 2 ilin də təxminən 3 il 2 ayını da toylarda, yaslarda, ad günlərində, xəstəxanalarda keçiririk. Beləliklə bütün ömrümüzü 61 ilini yuxarıda sadalanan məşğuliyyətlərə sərf edirik. Əlimizdə cəmi 13 ilimiz qalır ki, bununda təxminən 6 ilini yaxınlarımızla birgə keçiriririk. Buraya ailəvi gəzintilər, uşaqları təlim və tərbiyyəsi, valideyinlərə qayğı, qohumları ziyarət etmək, dostlarla görüşmək və digərləri daxildir. Özümüzlə baş-başa qala bilmək üçün cəmi 7 ilimiz qalır ki, bu da elə uşaqlıq illəri deməkdir… (yeniavaz)

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin