ABŞ-ın Arkanzas ştatında mövcud qanunvericliyin icazə verməsinə baxmayaraq 12 ildir tətbiq olunmayan edam hökmü dünən ilk dəfə reallaşıb. 2005-ci ildən bu yana Arkanzasda edam edilən ilk məhbus dünən yerli vaxtla 23:56-da 51 yaşlı Ledel Li adlı məhbus olub.

Qeyd edək ki, ötən həftə Arkanzasda 11 gün ərzində 8 edam hökmünün icraası gündəmə gətirilsə də, ştatda böyük narazılıqla qarşılanmışdı. Etirazlar daha çox edamların zəhərli inyeksiya yolu ilə icra edilməsinə qarşı olmuşdu.

Ölüm hökmünün icrası üçün veriləcək dərmanların istehsalçısı olan 2 laboratoriya preparatların müddətinin keçdiyini və bu şəkildə məhbusların daha çox əzab çəkəcəklərini açıqlamışdı./sputnik

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin