ATƏT-in baş katibi Lamberto Zanyer aprelin 26-da Moskvaya səfər edəcək.

Bu barədə Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində ATƏT rəsmisinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü olacaq.
Görüşdə ATƏT regionundakı münaqişələrin nizamlanması müzakirə olunacaq.
Rusiya XİN sözçüsü görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağını da söyləyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here