Azərbaycanın incəsənət kollektivləri Litvaya dəvət olunub

0
147

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın mədəniyyət naziri Liana Ruokyte-Jonsson ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasındakı mövcud əlaqələrdən danışılıb və mədəniyyət sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Liana Ruokyte-Jonssonu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək, onu cari ilin 5-6 may tarixlərində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğu nazirin diqqətinə çatdırıb. Azərbaycan və Litva arasında mədəniyyət sahəsində əməkdaşlıqdan söz açan səfir iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, son illər ərzində həm Azərbaycanda, həm Litvada mədəniyyət sahəsində təşkil olunmuş beynəlxalq festivallarda hər iki ölkənin mədəniyyət xadimlərinin iştirak etdiyini vurğulayıb.
Nazir L.Ruokyte-Jonsson iki ölkə arasında mədəniyyət sahəsindəki əməkdaşlıqdan məmnunluq ifadə edərək, Litva müstəqilliyinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi istiqamətində aparılan işlərdən danışıb və yüz illik yubiley ilə bağlı gələn il ölkədə keçiriləcək tədbirlərdə iştirak üçün Azərbaycan musiqi və incəsənət kollektivlərini dəvət edib.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin