Xəsarət alan kişi hazırda komadadır
Bakı metrosunun “Nizami” stansiyasında qatar relslərinin üzərinə yıxılaraq xəsarət alan kişi hazırda komadadır.
Bu barədə Report-a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.
Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb:
“Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin