Bakıda 72 yaşlı kişi evində yanaraq ölüb

0
441

Bu gün Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2sahədə yanıb.

LİMAN.AZ  FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Sabunçu rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 60 m2olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin