“Sergey Qlazevin sözləri Azərbaycana mesajdır ki, Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər”.
 Rusiya prezidentinin Avrasiya inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazevin “Qarabağ münaqişəsinin həlli Azərbaycanın Avrasiya İttifaqına üzvlüyündən asılıdır” fikrinə münasibət bildirərkən millət vəkili Çingiz Qənizadə deyib.
Deputatın sözlərinə görə, S.Qlazevin dediklərindən belə çıxır ki, Rusiya münaqişəni ancaq  Azərbaycan Avrasiya İttifaqının üzvü olarsa, həll edəcək:
“Bu, başqa ölkələri sanki məcbur etmə, fakt qarşısında qoymaqla ittifaqın güclənməsinə xidmət göstərməkdir. Hesab edirəm ki, rəsmi şəxslərin açıqlaması Dağlıq Qarabağ probleminin həllinin Rusiyanın əlində olduğunu sübut edir”.
Qeyd edək ki, Sergey Qlazevin sözlərinə görə, postsovet ölkələrinin hamısını bu ittifaqda görmək istəyirlər. O əlavə edib ki, Qafqazda sülh məhz region ölkələrinin bu ittifaqa üzvlüyündən asılıdır.

 

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin