Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir qızıl medal əlavə edib.

100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Xatırladaq ki, cüdoçumuz 2013-cü ildə dünya çempionu tituluna yiyələnmişdi.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin