Türkiyənin “Gunes shipping” kompaniyasına məxsus “Arsenal qəhrəmanı” (Geroi Arsenala) yük gəmisinin Qara dəniz akvatoriyasında qəzaya uğraması nəticəsində 7 nəfər itkin düşüb.
Xezerxeber.az xarici KİV-lərə istinadən məlumat verir ki, qəza zamanı gəminin göyərtəsində ümumilikdə 12 nəfər – iki rusiyalı, 9 ukraynalı və bir gürcüstanlı dənizçi olub. Yük gəmisinin Rostov vilayətindən Türkiyəyə buğda apardığı bildirilir.
Hazırda qəzanın baş verdiyi ərazidə bir neçə xilasetmə gəmisi və aviasiya fəaliyyət göstərir. Sürəti saniyədə 20 metrə çatan külək və yüksək dalğalar Rusiyanın Fövqəladə Hallar Nazirliyinin 140 əməkdaşının cəlb olunduğu axtarış-xilasetmə əməliyyatını çətinləşdirir.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin