Uzun və sağlam yaşamaq hər kəsin arzusudur. Bəs buna necə nail olmaq olar? İstiPress-in məlumatına görə, italiyalı Emma Moranonun ölümündən sonra dünyanın ən yaşlı qadını adını qazanan 117 yaşlı yamaykalı Violet Mosse Broun uzunömürlülüyün sirrini açıb.

10 mart 1900-cü ildə anadan olan qadın əslində heç bir gizli formulu olmadığını bəyan edib. Onun sözlərinə görə, yeyib-içməyinə heç bir məhdudiyyət qoyulmayıb. Sadəcə spirtli içkidən uzaq durub.
Yaşı yüzü adlasa da Broun hələ də yaddaşının güclü olduğunu deyir. O, ilk maşının bazara çıxdığına, Yamaykaya təyyarələrin ilk gəlişinə, iki dünya savaşına şahidlik edib.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin