Dünyanın susduğu müsəlman qətliyamı edən Myanmarın tarıxıini LİMAN.AZ olaraq sizin üçün araşdırdıq .

 

“Myanmarda müsəlmanlar buddistlər tərəfindən qətlə yetirilir”.Çox acınacaqlı haldır. Dünyanın gözü qarşısında müsəlmanlar qətlə yetirilərkən dünya mediyasının böyük əksəriyyəti sükütu pozmurdu,olanlara göz yumurdu. Hətta” insan haqqlarından danışan”,”demokratiya mifologiyasından” danışanlarda susurdu. Amma bu məni çox narahat edirdi.Belə qərara gəldim ki,ən azı araşdırma edərək ordakı hadisələrlə ilə maraqlana bilərəm və Myanmardakı “Soyqırım”a göz yumsam mənimdə digərlərindən fərqim olmaz. İlk öncə sizləri Myanmar ölkəsinin coğrafiyası, tarixi barədə məlumatlandıracam, sonra isə fasilələrlə bu ölkədəki hərbi diktatura tərəfindən müsəlmanlara qarşı tətbiq olunan “Soyqırım” haqda məlumat verəcəm. Hər bir hadisənin görünən tərəfi ilə yanaşı,görünməyən pərdə arxası məqamlarıda var.

Myanmar'da Budist katiller dehşet saçıyor!
Myanma Cənub-şərqi Asiyada yerləşir. Dövlətin rəsmi adı Myanma Birliyi Respublikasıdır. Paytaxtı Naypidodur. Qonşuları şimal-qərbdən Hindistan və Banqladeş, şimal-şərqdə Çin, cənub-şərqdə Laos və Taylanddır. Ölkənin cənub-qərbi isə Benqal körfəzi ilə əhatə olunub. Ən böyük şəhəri Yangondur.

Myanmar'da Budist katiller dehşet saçıyor!
Myanmada inkişaf etmiş bir Buda sivilizasiyası olub. Tərk edilmiş bir şəhər olan Paqanda bu sivilizasiyadan izlər qalıb. Şəhərdə 9-13-cü əsrlər arasında inşa edilmiş minlərlə Buda məbədi mövcuddur. 11-19-cu əsrlərdə Birma şahzadələri arasında amansız döyüşlər olub. 1820-ci ildə böyük Myanma Generalı Maha Bandula Hindistanın İmphal (Manipur) və Aşsam əyalətlərini ələ keçirib, Benqala tərəf hərəkət edib. O zaman Hindistanda hakim olan ingilislər Myanmara hücum edir.

Myanmar'da Budist katiller dehşet saçıyor!

Maha Bandula geri çəkilir və myanmarlılar yalnız Aşsam və İmphalla bağlı istəklərindən imtina etmələri ilə yanaşı, eyni zamanda Aşağı Birmanın Araka və Tenasserim bölgələrini də ingilislərə verməyə məcbur edildilər. 1826-82-ci illərdə ingilislər Aşağı Myanmanı addım-addım ələ keçirdilər. 1886-cı ildə Yuxarı Birma da ingilislərin nəzarəti altına keçdi. 1919-dən 1937-ci ilə qədər Myanma Birma adı ilə Hindistanın bir əyaləti olaraq ingilis əsarətində qaldı. Ölkə 1989-cu ilə kimi Birma İttifaqı, 1989-2010-cu ilə kimi Myanma Birliyi adlanıb
Birmanın bugünkü hakim elitası Burman, Şan, Kaçin, Karen, Kayah, Mon, Çin və Raxin (arakanlı buddistlər) kimi səkkiz müxtəlif etnik qrupdan ibarət 135 etnik alt qruplara parçalanmış yerli birmalılarının əksəriyyətinin monqoloid irqinə mənsub olduğunu iddia edirlər. Belə olan təqdirdə hakim elita Rohinyalar (Arakan müsəlmanları) kimi Aryan irqindən gələn birmalıların mövcudluğu həqiqətini inkar edirlər. Bu gün Birmada hindli kimi xarakterizə edilən “kala”lar uzun illər boyu sözügedən ərazidə məskunlaşmalarına rəğmən yadelli hesab edilirlər.

Myanmar'da Budist katiller dehşet saçıyor!

Məsələ orasındadır ki, tarixi həqiqətlərdən bixəbər olan əksər sıravi müşahidəçilər hindlilərə bənzəyən bu insanları cənub-şərqi Asiyanın bir çox ölkəsində olduğu kimi ingilis müstəmləkəçiliyi vaxtı ölkələrini tərk edərək, Birmaya gələn hindistanlı mühacirlərin övladları ilə səhv salırlar.


Rohinyalara qarşı birmalıların bir qismi və Arakandakı qardaş topluluq olan maqlar tərəfindən aparılan yanlış propaqanda həqiqətin üstünü əhəmiyyətli dərəcədə örtmüşdür.
İndi isə axır vaxtlar buddistlər tərəfindən qətliyama məruz qalan Arakana səyahət edək. Düzü bu Arakanlılara tətbiq olunan ilk qətliyam deyil.

Əvvəllər Arakanın ərazisi 50 min kvadrat kilometr idisə hazırda bu rəqəm 10 min kvadrat kilometr təşkil edir. Elə bölgədə yaşayan müsəlmanların sayı da iki milyonadək azalıb. Bu arada onu da qeyd edək ki, İslamın Arakana ilk dəfə VIII əsrdə bölgəyə ayaq basan ərəb tacirləri və dərvişlər vasitəsilə gəldiyi güman edilir. 

LİMAN.AZ
XIII əsrdə bütün arakanlıların İslamı qəbul etməsindən sonra 1430-cu ildə regionda Arakan İslam Dövləti yaradılır. Bu dövlətin ilk sultanı Süleyman Şah olmuşdur. Bu dövlət 1784-cü ilədək bölgədə mövcudluğunu qoruyub saxlamışdır. Müsəlmanların hakimiyyəti illərində Arakan İslam Dövləti regionun ticarət və elm mərkəzinə çevrilir. Portuqallar, hollandlar və digər millətlərdən olanlar uzun illər boyu Arakanla ticarət əlaqələri qurmuşlar ki, bu da sonra islam dövlətinin güclənməsinə gətirib çıxarmışdır.

Bugün neft və təbii qaz ehtiyatları baxımından cənub-şərqi Asiyanın ən zəngin ərazisi olan Arakan düz 350 il islam şəriəti əsasında idarə olunmuşdur. XVIII əsrin əvvəllərindən etibarən buddist Birma sultanlığının hücumlarına məruz qalmağa başlayan Arakan İslam Dövləti müsəlman xalqın əzmkar müqavimətinə rəğmən 1784-cü ildə süquta uğrayır. Tarixi mənbələrdə islam dövlətinin süqutuna şahid olan arakanlı qadınların günlərlə göz yaşı tökdüyü öz əksini tapmışdır.

Birma sultanlığı Arakan İslam Dövlətini dağıtmasına rəğmən bölgədə hakimiyyəti tam əlinə keçirə bilmir. XIX əsrdə Arakan yeni müstəmləkəçi güc olan İngiltərənin işğalına məruz qalır. Süqut etmiş islam dövlətini iliklərinə qədər istismar edən, müsəlmanları mədən ocaqlarında zorla qul kimi işlədən İngiltərə regionu tərk edərkən Arakanı Birma sultanlığına təhvil verir. İngiltərə Yaxın Şərqdə oynadığı oyunun bənzərini Asiyada oynayır; regionda cədvəllərlə sərhədlər müəyyənləşdirərək, arxasınca bir çox problem qoyaraq, bölgəni tərk edir
Hazırkı Myanmar dövlətinin əvvəlki adı Birma sultanlığı idi. Ancaq Birma sultanlığını devirən hərbçilər ölkənin adını Myanmar kimi dəyişmişdir. Hazırda Myanmarın əhalisinin sayı 51 milyon nəfər təşkil edir və xalqın 80%-i Buddizmə etiqad edir. 1937-ci ildə hakimiyyətə gələn Takin partiyası ələ keçirdi.

Hərbi diktatura buddist racinyalıları müsəlman roginyalılara qarşı ayağa qaldıraraq bölgədə iki yerli xalq arasında fitnə toxumu səpdilər.Arakanın müsəlman əhalisi islam dövlətinin süqutundan sonra mütəmadi şəkildə dinlərini dəyişdirməyə məcbur edilsələr belə heç bir vəchlə bu təzyiqlərə boyun əyməmişlər. Məhz bu səbəbdən birmalı buddistlər hakimiyyətdə olan hərbçilərin dəstəyinə də arxalanaraq, Arakan müsəlmanları kütləvi şəkildə qətlə yetirməyə başlamışlar. İlk dəfə 1942-ci il mart ayının 28-də Minbya şəhərinin Çanbilli kəndində başlayan, sonradan bütün Arakan ərazisini bürüyən kütləvi qətliam nəticəsində 150 min müsəlman şəhid edilmişdir. Qətliam əsnasından yüz minlərlə arakanlı vətənini tərk edərək, qonşu ölkələrə sığınmışdır.

Torpaqları işğal edilən Arakan müsəlmanlarına qarşı ikinci hücum dalğası 1962-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən communist general Ne Vin tərəfindən başladılmışdır. Yüzlərlə müsəlman aliminin qətlinə fərman verən Ne Vin Arakandakı bütün məscidlərin fəaliyyətini qdağan edərək, Allah evlərini əyləncə məkanlarına çevirir. Ne Vinin ən böyük əzazilliyi isə arakanlı qadınlara etdiyi zülmdür.Belə ki, bir çox arakanlı qadın hərbçilər tərəfindən zorla düşərgələrə göndərilərək, burada cinsi zorakılığa məruz qalmış, təcavüz nəticəsində hamilə qalanları zorla buddist kişilərlə evləndirilmişdir.

Bu dövrdə müsəlmanların həcc ziyarətinə getmələri, camaat halında namaz qılmaları və digər ibadətlərini yerinə yetirmələri qadağan olunmuşdur. İnsan haqları təşkilatları tərəfindən açıqlanan rəsmi rəqəmlərə görə, 1962-1984-cü illərdə Arakanda 200 min müsəlman qətlə yetirilmişdir, bir milyonadək arakanlı isə qonşu ölkələrə, xüsusilə Banqladeşə üz tutmuşdur.

Arakanlılar bu qətliyamlardan əlavə ölkədə yad münasibətdə görürlər.Belə ki, Arakan müsəlmanları bu gün də Myanmar hərbi diktaturası tərəfindən bir çox təzyiqə məruz qalırlar. Belə ki, hətta evlənmək və ya övlad sahibi olmaq üçün hökmən dövlətdən icazə alınmalıdır. Bu səbəbdən evlənə biləcək yaşı çatan arakanlı gənclərin əksəriyyəti ölkələrindən qaçaraq, digər ölkələrdə ailə həyatı qururlar.
Arakanlı müsəlmanlara qoyulan başqa bir qadağa isə səyahət qadağasıdır. Ölkə daxilində bir şəhərdən digərinə getmək üçün yaxud evinizdə qonaq qəbul etməzdən qabaq bu barədə müvafiq qurumlar məlumatlandırılmalıdır.

 

İnsanı heyrətə gətirən başqa bir qadağa isə Arakan müsəlmanlarının təhsilinə qoyulan qadağadır. Belə ki, arakanlı azyaşlılar yalnız ibtidai təhsil almaq hüququna malikdirlər. Arakanlı gəncin lisey və ya universitetdə təhsil alması üçün hökmən dinini dəyişdirərək, Buddizmi qəbul etməsi tələb olunur. Hazırda Arakanda azan ifa etmək və ya uşaqlara Quran dərsi keçmək buna “yol verən” şəxsin öldürülməsi üçün kifayətedici səbəbdir.

Myanmarın bütün şəhər və rayonları elektrik enerjisi ilə fasiləsiz təmin edildiyi halda Arakanın müsəlmanlar yaşayan rayonlarına gündə yalnız dörd saat elektrik enerjisi verilir. Həmçinin, arakanlı müsəlmanların internet kimi əlaqə vasitələrindən istifadəsi də hərbi rejimin qərarı ilə qadağandır.

Bu ölkədə may ayının sonlarından etibarən müsəlmanlara qarşı xüsusi amansızlıq tətbiq edilir. Müxtəlif informasiya agentliklərinin məlumatlarında Arakan bölgəsindəki Rohinqyalı müsəlmanların qətliam edildiyi, hətta diri-diri yandırıldığı bildirilir. Bu qətliama isə dünya ictimaiyyətinin diqqəti “yox” dərəcəsindədir.
Bu hadisələr necə başladı?

Bu hadisələr buddist bir qızın təavüz olunması ilə başladı.Təbii ki,təcavüz hadisəsi yalan idi.Yerli müsəlman əhali bu yalanın hərbi cuntacı rejim tərəfindən istifadə edilərək xalqa qarşı soyqırım kampaniyasının başladılaması üçün bəhanə olduğunu qeyd edir.Buddist hökümətin Arakan müsəlmanlarına vətəndaşlıq hüququ verəcəyini eşidən, yerli buddist əl-maqlar bunu qəbul edə bilmədilər.Çünki bunun ağır nəticələri bilirdilər.Əsasən İslamın bölgədə yayılması təhlükəsi və yaxınlaşan seçkilərə də təsir edəcəyin bilirdilər.

Buddistlər çox vaxt keçmədən yerli hökümətin roginyalı müsəlmanlara qarşı davranışını dəyişdirmək və insanlar arasında onlara “terrorist və xaricdən gələnlər “ kimi göstərmək üçün öz ətraflarına bir çox gənc topladılar.Bundan əlavə xarici mətbuat orqanlarının olmaması əl-maqların buddist polislərlə birlikdə yerli roginyalı müsəlmanları yox etməsi üçüm gözəl fürsət yaratmışdı.

Bu cür provakasiyaların hazırlanmaq istəndiyi bir vaxtda təqdiri İlahi islam alim və dəvətçilərini aparan bir avtobus müsəlmanların heç olmadığı Tasvok qəsəbəsində istirahət üçün dayandı.Avtobus dayandıqdan sonar bir qrup buddist onlara hücum etdi.Təxmini 460 buddist İslam alim və dəvətçilərinin əl-ayaqlarını bağladıqdan sonar taxta dəyənəklərlə onların üzlərinə və başlarına vuraraq öldürdülər.

Buddistlər bunu provakasiyaya çevirmək üçün əla fürsət bilib hadisəni insanlara belə çatdırdılar:” Biz onların buddist qıza təcavüz edən insanlar olduğunu fikirləşib hücum etdik”.Amma öldürülən müsəlmanlar heç də o qəsəbədən deyildi.Sadəcə ziyarətdən geri qayıdırdılar.Bu hadisənin qarşısında hökümətin rəftarı utanc verici idi və əl-maqlarla dəstək çıxması isə hadisələri daha da qraışdırdı.Hökümət bu hadisəyə görə dörd müsəlmanı həbs edərkən,qətliyam edən yüzlərlə buddisti isə sərbəst buraxdı.Buna ayrımcılıq və irqçilik yerli müsəlmanların narazılığına səbəb oldu.

8 iyun 2012-ci il tarixində ordu 10 müsəlmanın öldürülməsinə qarşılıq olarak aksiya olmasından ehtiyyat edərək Maqdodadakı məscidləri mühasirəyə aldı.Əslində bu cür davranış əl-maq buddistlərinin gözlədiyi fürsət idi.Aksiyaçılarla baş tutan mübahisədən sonar hökümət “küçəyə çıxmaq” yasağı qoydu.Bundan sonar roginyalı müsəlmanların evləri polsilər tərəfindən ciddi nəzarətə götürüldü.

Digər tərəfdən müsəlmanlara qarşı sistematik olaraq qətliyam törətmək istəyən qadınlı-kişili olaraq bütün əl-maqlar nəzarətsiz buraxıldı.Bundan sonar əl-maqlar tərəfindən qılınclarla qəsəbə-qəsəbə evlərin qarət olunmasına,yandırılmasına,müsəlmanların qətliyamına göz yumuldu.”Küçəyə çıxmaq” yasğını fürsət bilən buddist maqlar müsəlman qəsəbələrini yandırmağa başladılar.Bundan canlarını qurtarmaq istəyən arakanlılar çarəni qayıqlara minib qaçmaqda gördülər.Amma əksərinin aqibəti susuz,yeməksiz çıxdıqları bu yollarda ölüm oldu.

Buddist hökümət Myanmarda İslamı yox etmək üçün əlindən gələni edir.Əsasən məscidləri,məktəbləri,islami əsərlər dağıdıldı.Bu azmış kimi onların yenidən bərpasınada icazə verilmədi.
Bu cür qətliyamların olduğu bir vaxtda isə dünya medyası olanlara göz yumdu,sanki belə bir hadisə baş vermirş kimi davrandılar.Çox az sayda mətbuat orqanı vastəsilə dünya insanı Arakanda olanlardan xəbər tutdu.Ən təsir edici tərəf isə əksər İslam ölkələrinin hadisəyə səssiz yanaşmıası oldu.

BMT,İslam Birliyi Təşkilatı,Avropa birliyi olanlar müqabilində sanki yuxuya getmişdi.Kimlər üçünsə utopik görünə bilər ancaq Arakanla əlaqədər olaraq Fransanın Tuluza Universitetinin fəxri professorlarından Piyer Dortiyenin Arakandakı qətliyamların pərdə arxası,səbəbləri barədə ki,fikirləri olduqca düşündürücüdür. Maynmardakı müsəlman topluluğun illərcə öz inanclarında qalaraq bu günədə qədər gəlməsini öz kimliklərini Amerkan kimlikləri ilə dəyişdirmiş buddist höküməti narahat etdiyin qeyd edir.

Piyer Dortiye Myanmardakı hadisələrə Amerkanın dəstəy olmasının və ya sakit qalmasının da səbəbinin bu olduğunu bildirir.Buddist idarəçiləri “Amerikan yaltaqlığı” edən əlaltılara bənzədən Dortiye Amerkanın müsəlman ölkələrə qarşı yönləndirdiyi siyasəti nümunə gətirərək,onların çıxarlarına tərs gələn ölkələrə qarşı rəsmi Vaşinqtonun necə bir siyasət yürütdüyünüdə qeyd edir.

Özünü bəyənmiş,böyük gücləri özündən çıxaran səbəbin Müsəlmanların müqavimət ruhu olduğun qeyd edən Dortiye,bu güclərin müsəlmanları zəiflədə bilmədiyinə görə ərəb ölkələrində “Qərbli İslam” anlayışının təsis edilməsi yolu ilə Müsəlman kimliyinin anlamını addım-addım dəyişməyə çalışdıqları hədəfini olduğunu bildirib.Bu güclər aktiv olaraq həyata keçirdiyi siyasətin nəticə vermədiyini gördükdə “səssizlik” siyasəti aparırlar və qərbdə insanların müsəlmanları qətlə yetirilməsindən xəbərsiz olmağlarına çalışırlar.

Digər tərəfdən Qərbdəki dövlətlər Myanmardakı siyasi boşluğu pis yöndən istifadə etdiyini deyən Dortiye,buna missal olaraq İngiltərənin müxalif liderlərdən An San Su Kiyə dəstək verdiyini,amma Su Kininin öz ölkəsinə heç bir xidməti olmadan İngiltərənin Myanmardakı konsulluğundan dəstək aldığını bildirir”.
Buddist siyasətçilərin Amerika siyasətinin mənimsəməkləri ilə informasiya bağı geniş olan Qərbin Arakanı görməməzliyi heç də qəribə deyil əslində.

Onların çıxarlarına uyğun gəlməyən hər bir informasiya cəmiyyətdən gizlədilir.Bu gün bunu unutmamalıyıq ki,milli dövlətlərin sərhəddi ola bilər,amma İslam Qardaşlığının sərhədləri yoxdur.

 

 

 

 

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin