Müğənni Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab Kanlıcada yerləşən tarixi villanı alaraq icazəsiz təmir etdikləri üçün məhkəməyə verilmişdilər.

Hər ikisinin işinə ayrı-ayrlıqda baxıldığı üçün hazırda ABŞ-da həbsdə olan Rzanın məhkəməsi artıq keçirilib. Prosesə iş adamının vəkili qatılıb.

Məhkəmədə villanın keçmiş sahibi danışaraq oranı ilk aldığında xaraba vəziyyətdə olduğunu, qanuna və tarixi binanın əslinə uyğun olaraq təmir etdirdiyini bildirib. Lakin təmirlər bitməmiş səhhətindəki problemlərinə görə mülkü R.Zərrabdan əvvəlki sahibinə satıb:

“Məndən sonra aparılan təmir işlərini və dəyişiklikləri bilmirəm. Daha sonra mətbuatdakı fotolarda gördüm ki, dəyişiklik edilib. Villalardan biri yüksəldilmişdi”.

Rza Zərrabın ifadəsinin alınması üçün proses təxirə salınıb.

Daha sonra Ebru Gündeşin məhkəməsi olub. İttihamnamədə villaların tarixi binaların qorunmasına zidd şəkildə təmir etdirildiyi, villalar arasında lift tikildiyi, binaların icazəsiz birləşdirildiyi, pəncərələrin dəyişdirildiyi, balkonun bağlanılaraq içəriyə daxil edilməsi, binanın özünəməxsus memarlığının məhv edildiyi bildirilib.

Məhkəmə son qərar üçüntəxirə salınsa da, bütün edilən dəyişikliklərin sökülməsi qərarı çıxarılıb. Bu qərarla Rza və Ebru milyonlar xərclədiyi təmiri sökdürməli olacaqlar./axsam.az

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin