Adolf Hitlerin islam dini haqda düşüncələri ilə tanış olmaq pis olmazdı, elə deyilmi? Elə isə diqqət kəsilmək lazımdır.

Hitler İslam dini haqqında müxtəlif zamanlarda silsilə fikirlər söyləyib.

A24.Az yazıçı Firuz Mustafanın bu mövzuda qısa araşdırmasını təqdim edir:

Hitler deyirdi: “Siz görürsünüz ki, düzgün olmayan din – bizim bədbəxtliyimiz deməkdir. Nə üçün bizdə yaponlarda olduğu kimi Vətən naminə canından keçməyi ən ali səadət hesab edən din yoxdur? Elə maqometan (islam) dini də xristianlıqla müqayisədə bizim üçün daha münasib ola bilərdi. Xristianlıq öz itəatkarlığı və süstlüyü ilə nəyə gərəkdir?”

(Bu iqtibasın gətirildiyi mənbə: Albert Spir. Inside the Third Reich: Memoirs, səh. 115).

Hitler başqa bir çıxışında isə belə deyir:

“İslam dini böyük qələbələr dinidir. Almanlar bu dinə pənah aparmış olsaydılar bütün dünyanı fəth edərdilər”.

(Mənbə: Adolf Hitler’s Monologe im Führerhauptquartier (Monologue with Headquarters of the Führer. Hamburg: Albrecht Knaus, 1980 il)

Amma bir şeyi unutmayın ki, bu fikirlərin müəllifi başqası yox, Hitlerdir.Təbii ki, üçüncü Reyxin əsasını qoyan diktatorla razılaşıb-razılaşmamaq hər kəsin öz işidir.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin