İnterpol bu azərbaycanlını axtarır

0
612

İnterpol daha bir azərbaycanlını axtarışa verib.

Trend-in məlumatına görə, 1972-ci ildə Bakıda anadan olan Tanrıverdi Məhərrəmov barəsində Azərbaycanın məhkəmə orqanı həbs qərarı verib.

T.Məhərrəmov Azərbaycan Cinayət Məcəlləsinin (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsilə təqsirləndirilib.

O, istintaq orqanlarından yayındığı üçün barəsində axtarış elan edilib. T.Məhərrəmov İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here