İranda avtobus qəzası: 11 ölü

0
343

İranda sərnişin avtobusu qəzaya düşüb.
Avtobusun aşması nəticəsində azı 11 nəfər ölüb. Səbzəvər şəhərinin Təcili Yardım Mərkəzinin rəis müavini Hadi Abbas Abadi bildirib ki, 7 nəfər hadisə yerində, 4 nəfər isə aldığı xəsarətdən xəstəxanada ölüb.

Agentliyin məlumatına görə, avtobus Məşhəd şəhərindən İsfahana gedirmiş. Qəzanın dəqiq səbəbi məlum deyil. İlkin məlumatlara görə, avtobusun qarşısında gedən yük maşını gözlənilməz manevr edib, bu da toqquşmaya səbəb olub.

Qeyd edək ki, avtobusda 30 nəfər olub.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin