İran parlamentində fars bölgəsi olan Somesəranı təmsil edən deputat Kazım Delxoş azərbaycanlıları təhqir edib.

Cebhe.info xəbər verir ki, Kazım Delxoş  Maku şəhərində olarkən  azərbaycanlıların ünvanına təhqiredici ifadələr işlədib.

Deputata telefonla danışarkən “Bunlar türkdür, heç nə anlamazlar” deyib. Daha sonra deputatın bu telefon danışığı sosila şəbəkədə yayıylıb və ciddi etiraza səbəb olub.

Bundan əvvəl də Azərbaycan türklərinin ünvanına təhqirlər səsləndirən deputat Qəzvində bunabənzər ifadələr işlətmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here