Türkiyənin Şanlıurfa şəhərində itin sahibinin müəyyənləşməsi ucbatından baş verən qarşıdurmada 2 nəfər ölüb, 5-i isə xəsarət alıb.

Hadisə Nurkalkan məhəlləsində qeydə alınıb. Mağaradakı itləri aparmaq istəyən iki ailənin üzvləri mübahisə ediblər. Mübahisə böyüyüb və silahlardan atəş açılıb. 2 nəfər yerindəcə ölüb. Digər 5 yaralı isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./metbuat.az

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin