Qırğızıstanın Balıkçı ərazisində yerləşən məktəblərdən birində şagird və müəllimlər naməlum qazdan zəhərləniblər.

Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Fövqəladə hadisə 3 nömrəli məktəbdə qeydə alınıb.

5 şagird ağır vəziyyətdə şəhər xəstəxanasının reanimasiyasıya bölməsinə yerləşdirilib. Daha 5 nəfər isə travmatologiya bölməsinə aparılıb.

Yüngül xəsarət alanlara hadisə yerinə gələn tibb briqadası ilkin yardım göstərib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, həkimlər və yanğın söndürənlər cəlb olunub.

Araşdırmalar aparılır, hadisənin səbəbi tam olaraq müəyyən edilməyib./publika.az

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin