Hindistanda smartfon sahibləri dünyanın ən populyal mobil proqram əlavələrindən olan Snapchat-ı silməyə başlayıblar.

Twitter-də isə #UninstallSnapchat heşteqi sürətlə populyarlaşır.

Baş verənlərin səbəbi Snapchat-ın sahibi və rəhbəri Evan Şpigelin hələ 2015-ci ildə yaydığı açıqlamadır. Həmin açıqlamanı srağagün Variety dərc edib və böyük qalmaqal da bundan sonra başlanıb.

“Hindistan və ya İspaniya kimi yoxsul ölkələrdə genişlənmək niyyətində deyilik”, – Şpigel demişdi.

Hazırda Snapchat-ın 100 milyondan artıq aktiv istifadəçisi var.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin