Yay mövsümünün gəlməsi ilə insanlar pəhriz siyahılarını üzə çıxarırlar. Müntəzəm və sağlam qidalanmanın yanında içdiyiniz suya qərənfil (mixək) əlavə edərək, daha sürətli çəki verə bilərsiniz.

Qərənfilli (mixəkli) suyun güclü antiseptik xüsusiyyəti var. Bunun sayəsində də bədəndəki mikrobları təmizləyərək, zərərli toksinlərin çölə atılmasına kömək edir. Eyni zamanda ürək bulanması və diş əti xəstəliklərinə müsbət təsir edir.
Qərənfilli (mixəkli) su yaxşı bir sidik qovucudur və arıqlamağa böyük nisbətdə faydası var.
Qərənfilli (mixəkli) su üçün lazım olanlar:
1 ədəd çubuq darçın
1 yemək qaşığı qərənfil (mixək)
1 yemək qaşığı zəncəfil kökü
2 stəkan su
Hazırlanması: Çubuq darçın, zəncəfil kökü və mixəyi bir dəmliyin içinə qoyaraq, üstünə 2 stəkan su əlavə edin və normal çayı dəmlədiyiniz kimi dəmləməyə qoyun. Hazırladığınız suyu səhər və axşam yeməkdən yarım saat əvvəl için və effektini görəcəksiniz./deyerler

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin