Müğənni Eltondan ÜZÜCÜ XƏBƏR: Təcili reanimasiyaya yerləşdirildi

0
913

Britaniyalı musiqiçi Elton Con virusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirilib.

Sənətçinin xəstəliyinin dəqiq adı açıqlanmasanda, onun Cənubi Amerika turnesi zamanı yoluxduğu “nadir virus infeksiyası” ilə xəstəxanaya düşdüyü qeyd olunub.

Bildirilir ki, müğənni iki gün reanimasiyada qalıb, daha sonra həkimlərin müşahidəsi altında olub, hazırda isə sağalmağa doğru gedir.

Həmçinin qeyd olunur ki, britaniyalı rok ifaçısı xəstəlik səbəbindən ABŞ-da bir sıra konsertlərini təxirə salıb.

Martın 25-də Elton Conun 70 yaşı tamam olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here