Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu II Bundesliqada növbəti oyununu keçirib. Komanda XXX tur çərçivəsində “Hannover”i qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Start heyətində yer alan Nazarov “Aue”ni son anda məğlubiyyətdən xilas etməyi bacarıb. Belə ki, məhz onun 90+4-cü dəqiqədə vurduğu qol “Hannover”i qələbədən edib.

Matçdan 1 xalla ayrılan “Aue” 30 turdan sonra 33 xal toplayıb və hazırda 15-ci pillədə qərarlaşıb.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin