“İşte benim stilim” verilişinin münsifi olan Nur Yerlitaşın şoudan ayrılması haqda bir sıra versiyalar yayılıb. Onlardan ən çox müzakirə olunanı Nurellanın verilişi İvana Sertə görə tərk etməsidir.

İstiPress “Hürriyet”ə istinadən xəbər verir ki, Hülya Avşarın “Duymayan kalmasın” verilişində qonaq olan modelyer yorulduğu üçün şounu tərk etdiyini bildirib:

“Ruhum yoruldu. Nurella yoruldu… Bu ayrılıqda İvana Sertin heç bir rolu yoxdur. Mənim orada heç kəslə sıxıntım yoxdur. Mən iki qadınam. Bunlardan biri Nurella, digəri isə Nur Yerlitaşdır. Mənə inanın ki, Nurella yoruldu. Mövsüm sonuna qədər dişimi sıxıb pulumu qazana bilərdim. Amma bacarmadım”.

Qeyd edək ki, Nur Yerlitaş “İste benim stilim” yarışmasında münsif oturması üçün ayrılıq 400 min TL məvacib alıb.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin