Fransada polis ölü qadını “diriltdi”. Parisdə polis əməkdaşları 49 yaşlı qadını tibb işçiləri ölü elan etdikdən sonra reanimasiyaya aparıblar.

Adı açıqlanmayan qadın uzun illər anoreksiyadan (həddindən artıq arıqlamaq) əziyyət çəkib. Ötən həftə 18 yaşlı qızı onu huşsuz vəziyyətdə tapıb. İlkin ehtimallardan bəlli olub ki, qadıninfarkt keçirib.

Evə gələn həkimlər saat 18:10-da qadının ölümünü qeydə alıb və ölüm haqında şəhadətnamə veriblər.

Hadisədən bir saat sonra gələn iki polis ölüm haqqında rəsmi hesabat hazırlayıblar. Lakin meyitə baxış zamanı onlar həyat əlamətləri aşkar ediblər. “Ölünün” ürəyinin döyündüyünü görən polislər yardım alıblar. Onlardan biri yanğınsöndürmə xidmətinə zəng edərək ilkin yardım üçün kömək istəyib. Daha sonra isə dərhal onu xəstəxanaya çatdırıblar.

Yarım saatlıq müdaxilədən sonra “ölü” dirilib. Həkimlər indi onun vəziyyətinin günü-gündən yaxşılaşdığını deyirlər.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin