30 ildən sonra ağıllı robotların sayı dünya əhalisinin sayını ötəcək, robotlar insanlardan daha “ağıllı” olacaqlar. “LİMAN.AZ”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Yaponiyanın telekommunikasiya və internet şirkəti “Softbank”ın baş icraçı direktoru Masayoşi Son deyib. Onun sözlərinə görə, 30 ildən sonra ayaqqabalımızda yerləşən çiplər beynimizdən daha ağıllı olacaq: “Bu çiplərin üzərinə basacağıq, ancaq onlardan daha geridə olacağıq. Bu gün bir nəfərin orta hesabla IQ-si 100 civarındadır. Albert Eynşteyn və Leonardo Da Vinçinin IQ-su isə 200-dək yüksəlmişdi. Bu insanlarla müqayisədə ağıllı robotların IQ-si 10 minə çatacaq”

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin