Qara dənizin İstanbul boğazının girişində Kilyos adasına yaxın ərazidə iki gəmi toqquşub.

Gəmilərdən birinin Rusiyaya məxsus döyüş gəmisi olduğu deyilir.

Digər gəmi isə canlı heyvanları daşıyan yük gəmisidir.

Sahil Mühafizə Xidməti hadisə yerinə gedib. Məlumatlara görə, yük gəmisi aldığı zədədən sonra batmağa başlayıb. Hazırda təxliyə işləri aparılır.

NTV-nin məlumatına görə, toqquşmadan sonra dənizə düşən 45 rus əsgəri xilas edilib. 15 əsgərin xilasetmə işləri aparılır./publika.az

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin