Sumqayıtda avtobuslar kart sisteminə keçirilir

0
736

Bildiyimiz kimi son zamanlar şəhərimizdəki bəzi marşurut xətləri yenisi ilə əvəz olunub. Lakin marşurutların yenilənməsi sürüclərin avtobusları dayanacaqdan kənar saxlamalarına əngəl ola bilməyib. Bundan əlavə şəhər sakinlərini maraqlandıran digər məsələ avtobusların nə zaman kart sisteminə keçməsidir.

Bu məsələlərlə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” MMC-yə müraciət etdik.

Qurumdan bizə bildirdilər ki, avtobus sürücülərinin bu qanunsuz hərəkətləri onlara da məlumdur. Hazırda qaydaları pozan sürücülərə qarşı cəza tədbirləri planı hazırlanır. Bundan əlavə bildirildi ki, kart sisteminə keçidlə bağlı danışıqlar aparılır . Əgər şəhərimizin nəqliyyatında bu sistemə keçid baş tutarsa sürücülərin avtobusları dayanacaqdan kənar saxlamaları kimi problemlər də birmənalı olaraq həll olunacaq.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin