21.04.2017 15:44

Bakıda keçiriləcək növbəti “Formula-1” yarışının ilk günündə məşhur türk müğənni Tarkan Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.

Bu barədə açıqlamasında Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.

Onun sözlərinə görə, Tarkan Bakıda 23 iyun tarixində çıxış edəcək: “Bilet alan insanlar üçün konsert proqramı olacaq. Onlar Tarkanın ən sevilən və yeni albomundan olan mahnılarını dinləyəcəklər. Tarkan tam konsert proqramı ilə 2 saat səhnədə çıxış edəcək”.

N.Arpadarai qeyd edib ki, növbəti iki ulduzun adı yaxın 10 gün ərzində açıqlanacaq./azvision.az

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin