prezidenti seçkidə ona qarşı olan erməni lobbisini “erməni soyqırımı günü” pərt etdi

Aprelin 24-də Ermənistanın paytaxtı İrəvanda qondarma “erməni soyqırımının 102-ci ildönümü” ilə bağlı bir sıra tədbirlər keçirilib. Qondarma soyqırımla bağlı İrəvanda toplaşan qruplar Türkiyə və Azərbaycan bayraqlarını yandırıb. Qondarma soyqırımın “ildönümü” münasibətilə yürüş təşkil olunub.
Yürüşdə Ermənistanın iqtidar partiyası olan Ermənistan Respublikaçılar Partiyasının gənclik təşkilatı ilə yanaşı Daşnaksütyun Partiyasının gənclik qolu, Yerkir Tsirani Partiyasının üzvləri, Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdan ermənilər, erməni diasporunun üzvləri iştirak ediblər. İrəvanın mərkəzindəki Azadlıq meydanında başlayan nümayişlərdə nümayişçilər Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.
Nümayişlər iki saat davam edib.

Qeyd edək ki, XX əsrin ən böyük yalanlarından biri ermənilərin uydurduğu qondarma “erməni soyqırımı”dır. Ermənilər hələ də bu uydurmadan istifadə edib Türkiyədən pul və torpaq (Ərzurum, Bitlis, Sivas, Van, Elazığ, Diyarbəkr və Qars) qoparmaq niyyətindədirlər.

Ermənilər hər il 24 apreldə ABŞ prezidentinin 1915-ci ildə baş verənlərlə bağlı çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsi üçün dəridən-qabıqdan gedirlər. Təkcə son 8 ildə hər il ABŞ prezidenti Barak Obamanın belə bir ifadəni dilinə gətirəcəyinə ümid edirdilər. Lakin Barak Obamanın hakimiyyəti başa çatdı, 8 ildə Obama da “erməni soyqırımı” ifadəsini işlətmədi. Prezidentliyinin son ilində-2016-cı il 22 apreldə Obama 1915-ci il hadisələrini “böyük fəlakət” (“Meds Yeghern”) adlandırıb. Bununla da ermənilərin ona olan son ümidini də heçə endirmişdi.

İndi növbə yeni ABŞ prezidenti Donald Trampındır. Ermənilər Trampın ilk dəfə olaraq 1915-ci il hadisələri barədə çıxışının necə olacağını gözləyirlər. Lakin ondan gözləntilər Obamadan gözləntilərdən nəzərəçarpacaq səviyyədə azdır. Belə görünür ki, ABŞ-dakı erməni lobbisi keçənilki seçkilərdə Trampın rəqibinə dəstək verdiklərinin və Trampın seçki kampaniyasında çıxışlarında bir dəfə olsun ermənilərə xitab etmədiyinin, erməni sözünü işlətmədiyinin fərqindədirlər. Maraqlıdır ki, Donald Tramp aprelin 24-dək ermənilərin gözlədiyi mövzuda ümumiyyətlə çıxış etməyib. Halbuki ABŞ prezidentləri ənənəvi olaraq aprelin 24-dən öncəki günlərdə, ən uzağı 24 apreldə çıxış ediblər. (musavat.com)

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin