ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın şirkəti Çin hökumətindən ölkədə malların satışı üçün 3 ticarət markası üzrə ilkin icazə verib. Liman.az  RİA Novosti-yə istinadən verdiyi məlumata görə, İ. Tramp zərgərlik məmulatları, çantalar və spa-xidmətlərin ticarəti ilə bağlı ticarət markaları üzrə icazə alıb. Qeyd edilir ki, Pekinin icazəsi aprelin 6-da – D. Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdə alınıb. Ölkə liderlərinin naharında, həmçinin İ. Tramp və onun əri, eyni zamanda D. Trampın məsləhətçisi Cared Kuşner iştirak edib. D. Trampın inauqurasiyasından sonra İ. Tramp Filippin və Kanadada ticarət markalar üzrə sorğular vermişdi.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin