Polşa Xarici İşlər Nazirliyi məlumat verib ki, Varşava bazar günü Türkiyədə keçirilən referendumun nəticələrini nəzərə alıb və bu nəticələrin rəsmi surətdə təsdiq olunmasını gözləyir.
Polşa XİN qeyd edir ki, Türkiyə Polşa üçün NATO üzrə və bütün təhlükəsizlik strukturunda strateji tərəfdaş olaraq qalır. XİN-in məlumatında deyilir: “Ənənəvi yaxşı ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyini, habelə Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənəcəyini gözləyirik”.
Xatırladaq ki, aprelin 16-da Türkiyədə keçirilən referendumda ölkə Prezidentinin səlahiyyətlərinin genişləndirilməsi tərəfdarları qalib gəliblər. (AZƏRTAC)

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin