“Volkswagen” şirkəti Cenevrə Beynəlxalq Avtosalonunda ilk pilotsuz avtomobilini təqdim edib. “Buro247” xəbər verir ki, Sedric adlanan model kosmik kapsul kimi görünür və 4 nəfərə qədər sərnişin daşıya bilir. Salonda kiçik qonaq otağındakı kimi rahat yerləşmək mümkündür. İçəridə plazma və yaşıl hava təmizləyicisi də nəzərdə tutulub.
Şirkətin baş icraçı direktoru Mattias Myuller vurğulayıb ki, avtomatlaşdırılmış avtomobillərin hazırlanmasına bir neçə milyard avro xərclənəcək, eləcə də 2025-ci ilə 30-dan çox elektromobil buraxacaq.
Qeyd edək ki, ilk pilotsuz avtomobili Google-un Waymo şirkəti təqdim edib. Bundan əlavə, “Mercedes-Benz”, “Toyota”, “Ford”, “Tesla”, “Uber Audi”, “Nissan” və başqa şirkətlər də pilotsuz avtomobillər hazırlayırlar. Uber San-Fransisko küçələrinə 2016-cı ildə pilotsuz taksilər partiyası çıxarıb.

Qafqazinfo.az

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin