Yaponiyada nüvə silahının tətbiqi zamanı davranış qaydaları ilə bağlı insanlar arasında maarifləndirmə tədbiri keçirilib.
Hökümət insanlara yarana biləcək təhlükədən qorunma yolları haqda bəzi məsləhətlər verib.
Partlayış zamanı sığınacaq və daldalanacaqların onları zərbə dalğasının təsirindən qoruya biləcəyi haqda məlumatlar verilib. Əgər şəxs həmin an küçədə olarsa, üzü üstə torpağa uzanması məsləhət görülüb.
Təhlükə haqda siqnal səsgücləndirici qurğular, xüsusi radioəlaqə, elektron poçt və xüsusi saytlar vasitəsilə veriləcək.
Yaponiyada raket təhlükəsi xüsusilə Şimali Koreyanın müntəzəm şəkildə ballistik raketləri sınaqdan keçirməsi ilə daha da artıb. Yaponiya və ABŞ tərəfindən Şimali Koreyaya dəfələrlə xəbərdarlıq olunsa da, o, öz əməllərindən qalmır.
Qeyd edək ki, ilk belə tədbir martda Akita əyalətində keçirilib. Tədbirdə iştirak edən 120 nəfər arasında müxtəlif maarifləndirmə işləri aparılıb. Şimali Koreyanın 3 raketi həmin əyalətin 300-350 kilometrliyinə düşmüşdü./metbuat.az

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin