Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad edildi.
Boş qalan vəzifə kürsüsünə bir neçə nəfərin, o cümlədən Qənirə Paşayevanın da namizədliyi ilə bağlı fikirlər irəli sürülür. Ekspertlərin fikrincə, millət vəkili kimi ictimai-siyasi fəallığı, beynəlxalq əlaqələri, adıçəkilən xanım deputatın strateji posta gətirilməsinə tam uyğundur.
Qeyd edək ki, sabiq nazirin işlədiyi müddətdə normal islahatlar aparmaması, müəllim kütləsi ilə “dil tapa bilməməsi”, onun pedaqoji ixtisasının olmaması, “yad peşə” sahibi kimi qəbul edilməsi ilə əlaqələndirilirdi. O üzdən, Qənirə Paşayevanın bu posta gətirilməsində ixtisasının əngəl olacağını dilə gətirənlər də var.Yaddaş üçün bildirək ki, Qənirə Paşayeva Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
Digər real namizədlər sırasında akademik Kamal Abdulla və hazırda nazir vəzifəsini icra edən Ceyhun Bayramovun da adları hallanır. Vurğulayaq ki, Ceyhun Bayramov da pedaqoji ixtisasa malik deyil. O iqtisadiyyat ixtisasına və hüquqşünaslıq peşəsinə yiyələnib.
Təbii ki, son söz ölkə başçısınındır.

BIR ŞƏRH BURAXIN

Şərh yaz
Adınızı daxil edin